• Bakı C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Papikyan Əli Laricani ilə görüşdü

DÜNYA

25 Fevral 2026 | 17:02

Papikyan Əli Laricani ilə görüşdü

Ermənistan müdafiə naziri Suren Papikyan fevralın 25-də Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müdafiə naziri sosial mediada məlumat yayıb.

Görüşdə regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistan-İran ikitərəfli əməkdaşlığı və onun inkişaf perspektivləri müzakirə edilib. Ermənistan və İran ətrafındakı təhlükəsizlik durumuna da toxunulub.

Xatırladaq ki, Suren Papikyan fevralın 23-dən Tehranda səfərdədir. Ermənistan müdafiə naziri səfəri çərçivəsində İran prezidenti, müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşüb.


SON XƏBƏRLƏR