• Bakı 11° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

NATO ölkələri müdafiə xərclərini artırır

DÜNYA

27 Mart 2026 | 16:16

NATO ölkələri müdafiə xərclərini artırır

NATO üzvü olan bütün ölkələr 2025-ci ilin yekunlarına görə müdafiə xərclərini artıraraq ÜDM-in minimum 2%-i hədəfinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte tərəfindən martın 26-da yayımlanan illik hesabatda bildirilir.

Hesabata əsasən, 2025-ci ildə 2%-lik minimum göstəriciyə son olaraq İspaniya, Portuqaliya, Albaniya, Belçika və Kanada nail olub.

Nisbi göstəricilərə görə isə NATO ölkələri arasında müdafiəyə ən çox vəsait ayıran Polşa olub — ÜDM-in 4,3%-i.

Ümumilikdə, alyans ölkələrinin müdafiə xərcləri 1,4 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur.


SON XƏBƏRLƏR