• Bakı 10° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İranda ölənlərin SAYI

DÜNYA

27 Mart 2026 | 15:13

İranda ölənlərin SAYI

28 fevraldan bəri ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində İranda ən azı 1937 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfəriyan “Al Jazeera”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölənlər arasında 240 qadın və 212 uşaq var. Nazir müavini əlavə edib ki, daha 24 800 nəfər yaralanıb.

Qeyd edək ki, təxminən dörd həftədir davam edən müharibə nəticəsində İsraildə 17 nəfər ölüb. ABŞ isə 13 nəfərin həlak olduğunu açıqlayıb.

Livan ərazisində isə “Hizbullah”ın İsrailə qarşı hücumları ilə bağlı eskalasiya nəticəsində 1070-dən çox insanın öldüyü bildirilir. Yaxın Şərqin digər ölkələrində də itkilərin olduğu qeyd olunur.


SON XƏBƏRLƏR

26 Mart 2026