Hindistan rupisi ABŞ dollarına qarşı yeni rekord səviyyəyə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq valyuta bazarında ABŞ dollarının Hindistan rupisinə nisbətdə (USD/INR) məzənnəsi 0,53% artaraq 94,77 rupiyə çatıb.
"Bloomberg" agentliyi xarici investorların enerji qiymətlərinin artmasının inflyasiyaya və idxal rüsumlarının artmasına səbəb olacağı ilə bağlı narahatlıqlar fonunda Hindistan səhmlərinin və istiqrazlarının satışını sürətləndirdiyini bildirib.
Qeyd edək ki, Hindistan dünyada üçüncü ən böyük neft idxalçısı və istehlakçısıdır.
Zeynəb Rzayeva
Bakı 




