• Bakı C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

"Traktor" İrandan FİFA-ya şikayət etdi - RƏSMİ

İDMAN

25 Fevral 2026 | 23:01

Traktor İrandan FİFA-ya şikayət etdi - RƏSMİ

Təbrizin "Traktor" klubu İran Futbol Federasiyasından (FFİRİ) FİFA-ya şikayət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun idarə heyəti tərəfindən imzalanan və FİFA-nın baş katibinə ünvanlanan müraciət üç əsas istiqaməti əhatə edir.

Şikayətdə ilk növbədə fors-major prinsiplərinin pozulması, oyunların təhlükəsizliyi və ədalətli idarəetmənin olmaması qeyd edilib.

Ən ciddi bölmə isə "Traktor" klubuna və onun milli üzvü olan futbolçularına qarşı davam edən etnik və irqi ayrı-seçkilikdir. Klub rəhbərliyi federasiyanın bu təhqirlərə qarşı səssiz qaldığını və qərəzli mövqe nümayiş etdirdiyini bildirib.

Həmçinin Video Köməkçi Hakim (VAR) sisteminin tətbiqindəki natamamlıqlar da şikayətə əlavə olunub.

Qeyd edək ki, klub sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın çempionatdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi./Teleqraf


SON XƏBƏRLƏR

25 Fevral 2026