• Bakı 11° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Emin Mahmudov: "Sent Lüsiya ilə oyun bizim üçün çox vacibdir"

İDMAN

26 Mart 2026 | 18:53

Emin Mahmudov: Sent Lüsiya ilə oyun bizim üçün çox vacibdir

Sent Lüsiya ilə oyunda qələbə Azərbaycan millisi üçün çox vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın kapitanı Emin Mahmudov mətbuat konfransında bildirib.

33 yaşlı yarımmüdafiəçi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:

"2026-cı ildəki ilk oyunda yaxşı çıxış etmək istəyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Uzun müddət qələbə qazana bilmirik. Meydana qalibiyyət üçün çıxmalıyıq".

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.


SON XƏBƏRLƏR