• Bakı 25° C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Adil Əliyevə vəzifə verildi

İDMAN

26 Mart 2026 | 14:55

Adil Əliyevə vəzifə verildi

Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü seçilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə təşkilatın prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilir.

Məktubda vurğulanır ki, bu təyinat Adil Əliyevin kikboksinqin Azərbaycanda və regionda inkişafına göstərdiyi fəaliyyətlə əlaqələndirilir. Həmçinin qeyd olunur ki, Beynəlxalq İnkişaf Komitəsinə WAKO-nun birinci vitse-prezidenti Espen Lund rəhbərlik edir.

Komitənin başlıca məqsədi dünyada kikboksinq idman növünün inkişafı, yayılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və idmanda mükəmməlliyə nail olmağa xidmət edən təşəbbüslərin dəstəklənməsidir. /musavat


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026
04 Iyul 2026