• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Neftçi” - “Qarabağ” matçına nə qədər bilet satılıb?

İDMAN

25 Aprel 2026 | 14:00 | Müəllif: Əli Hüseynov

“Neftçi” - “Qarabağ” matçına nə qədər bilet satılıb?

Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” - “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

Biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026