• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hörmüz boğazından keçid ödənişli olacaq? 

DÜNYA

26 Mart 2026 | 18:47 | Müəllif: Əli Hüseynov

Hörmüz boğazından keçid ödənişli olacaq?

İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.

Bakıvaxtı.az-ın İranın "Entekhab" portalına istinadən xəbərinə görə, bu barədə İran parlamentinin Təkmilləşdirmə komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi məlumat verib.

"Biz parlamentdə qanun layihəsi hazırlayırıq və buna əsasən, İranın Hörmüz boğazı üzərindəki hökmranlıq, suverenlik və nəzarət qanuni olaraq təsbit ediləcək, keçid üçün ödənişlərin toplanması isə ölkə üçün həmçinin gəlir mənbəyi yaradacaq", - deyə Məhəmməd Rza Rezai Kuçi bildirib.

Millət vəkilinin sözlərinə görə, qanun layihəsi hazırlanıb, lakin əlavə düzəlişlər tələb olunur. Onun tezliklə parlamentə baxılmaq üçün təqdim edilməsi gözlənilir.

"Bu qanun layihəsinə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ödəniş alacaq. Bu, tamamilə təbiidir. Digər tranzit marşrutlarında olduğu kimi, yüklərə də rüsumlar tətbiq olunur. Hörmüz boğazı da tranzit dəhlizidir. Biz onun təhlükəsizliyini təmin edirik, gəmilərin və tankerlərin ödəniş etməsi tamamilə təbiidir", - deyə parlamentari qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026