• Bakı 11° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İran ABŞ-nin razılaşma təklifinə nə cavab verib? 

DÜNYA

26 Mart 2026 | 19:21

İran ABŞ-nin razılaşma təklifinə nə cavab verib? 

İran ABŞ-nin 15 maddədən ibarət təklifinə rəsmi cavab göndərib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə etibarlı mənbədən “Tasnim”ə məlumat daxil olub. 

Bildirilib ki, cavab gecə saatlarında göndərilib və Tehran hazırda Vaşinqtondan cavab gözləyir.

İran münaqişənin sona çatması üçün bir sıra şərtlər irəli sürüb. Bunlara qətllərin və hücumların dayandırılması, həmçinin müharibənin təkrarlanmayacağına dair zəmanətlər daxildir.

Tehran müharibə nəticəsində dəymiş ziyanın kompensasiyasının aydın şəkildə müəyyənləşdirilməsini və təmin edilməsini, eləcə də, münaqişənin bütün cəbhələrdə başa çatmasını tələb edib.

İran Hörmüz boğazı üzərində suverenliyinin “təbii və hüquqi haqq” kimi tanınmalı olduğunu da vurğulayıb. Həmçinin ABŞ-nin niyyətlərinə şübhə ilə yanaşaraq bildirib ki, İran Vaşinqtonun danışıqlarla bağlı çağırışlarını “aldadıcı” hesab edir və bunun bir neçə məqsədə xidmət etdiyini düşünür.


SON XƏBƏRLƏR