• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şagird məktəbdə müəllim və tələbəni yaraladı - Bu ölkədə

DÜNYA

26 Mart 2026 | 10:48 | Müəllif: Əli Hüseynov

Şagird məktəbdə müəllim və tələbəni yaraladı - Bu ölkədə

Rusiyanın Çelyabinsk şəhərində yerləşən 32 saylı məktəbdə qundaqlı yay-oxdan açılan atəş nəticəsində azı iki uşaq ağır xəsarət alıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, xəsarət alanlar hücumu törədən şəxs, onun sinif yoldaşıvə məktəbin bəzi müəllimləridir.

    Məlumata görə, 9-cu sinif şagirdi müəllimi hədəf alsa da, ox onun sinif yoldaşına dəyib. Daha sonra o, məktəbin dəhlizində müəllimlərə qarşı bibər qazı istifadə edib və pəncərədən tullanaraq ayaqlarını sındırıb. Oxlardan biri isə onun sinif yoldaşına dəyib.

    Məlumata görə, ox 15 yaşlı qızın baş nahiyəsinə dəyib, o, kəsici xəsarətlə xəstəxanaya yerləşdirilib. Hər iki şəxs Çelyabinsk şəhərindəki xəstəxanaya yerləşdirilib.

    Hadisə nəticəsində məktəbin üç müəllimi də zərər çəkib. Onlarda göz və üz nahiyəsində kimyəvi yanıq diaqnozu qoyulub.

    Hadisənin dərs zamanı baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026
    21 Noyabr 2026