• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Milyarderi fillər tapdalayıb öldürdülər

DÜNYA

24 Aprel 2026 | 23:46 | Müəllif: Subhan Mahmudov

Milyarderi fillər tapdalayıb öldürdülər

ABŞ-dən olan milyarder biznesmen Afrikada ov zamanı faciəvi şəkildə həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, 75 yaşlı biznesmen və həvəskar ovçu Erni Dozio ovçu həmkarı ilə sıx tropik meşədə olan zaman qəflətən beş dişi fil və onların balalarından ibarət sürü ilə qarşılaşıb.

Heyvanlar təhlükə hiss edərək, onların üzərinə hücum çəkib. Peşəkar ovçunu kənara atıblar və o silahını əlindən salaraq ağır bədən xəsarətləri alıb. Dozio isə ov tüfəngi ilə silahlansa özünü qoruya bilməyib və fillər onu basdalayaraq həyatına son qoyub.

Afrika filləri planetin quruda olan ən iri heyvanları hesab olunurlar - onların dişilərinin boyu bəzən 4 metrə çatır və onlar 40 km/saata qədər sürətlə qaça bilirlər ki, bu hücum zamanı onları son dərəcə təhlükəli edir.

Hazırda ABŞ-nin Qabondakı səfirliyi məsələ ilə məşğul olaraq, cənazənin Kaliforniyaya repatrasiyası üçün yerli qurumlarla əlaqələndirmə işləri aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026