• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hörmüzdə 29 gəmiyə hücum olub, 10 nəfər ölüb - BMT

DÜNYA

25 Aprel 2026 | 00:15 | Müəllif: Subhan Mahmudov

Hörmüzdə 29 gəmiyə hücum olub, 10 nəfər ölüb - BMT

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlanmasından sonra Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücumun baş verdiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BDT-nin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, hücumlar nəticəsində azı 10 nəfər həlak olub, təxminən 20 min dənizçi və 1600 gəmi isə regionda blokadada qalıb.

BDT-nin Baş katibi Arsenio Dominqes vəziyyətin təhlükəli olaraq qaldığını bildirərək, saxlanılan dənizçilərin azad edilməsinə çağırıb və təxliyə planı üzərində iş aparıldığını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026