• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi...

İDMAN

26 Mart 2026 | 10:30 | Müəllif: Əli Hüseynov

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi...

“Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Bemjamin Toşaka demensiya diaqnozu qoyulub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC-yə onun oğlu Kameron Toşak məlumat verib.

Onun sözlərinə görə, atası bugünkü hadisələri xatırlamaqda çətinlik çəkir, lakin özünün futbolla bağlı  keçmişini xatırlamaqdan zövq alır: “Bu, dəhşətli xəstəlikdir, onun qısamüddətli yaddaşına təsir edir. Mən onunla demək olar ki, hər gün danışıram. Əgər nahardan sonra danışsaq, səhər danışdığımızı xatırlamaya bilər”. 

Qeyd edək ki, “Liverpul”da və Uels millisinin heyətində iştirak etmiş C.Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda fəaliyyət göstərib. 2013-cü ildə isə Azərbaycanın “Xəzər Lənkəran” klubunu çalışdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026