• Bakı 29° C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Güləşçimiz Avropa çempionatında finala yüksəlib

İDMAN

24 Aprel 2026 | 19:14

Güləşçimiz Avropa çempionatında finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.

Digər güləşçilərimizdən Cəbrayıl Hacıyev (79 kq) də yarımfinal qarşılaşmasında qüvvəsini sınayacaq.

Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026