• Bakı 14° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

FİFA İranın tələbini qəbul etdi

İDMAN

24 May 2026 | 10:08 | Müəllif: Əli Hüseynov

FİFA İranın tələbini qəbul etdi

İran millisinin 2026-cı il dünya çempionatı öncəsi təlim-məşq toplanışının yeri dəyişdirilib.

Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki,  FİFA komandanın düşərgəsinin ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib. Təlim-məşq toplanışı Meksikanın ABŞ sərhədinə yaxın, Sakit okean sahilində yerləşən Tixuana şəhərində keçiriləcək.

İran Futbol Federasiyasının prezidenti Mehdi Taj bildirib ki, FİFA rəsmiləri və mundial təşkilatçıları ilə İstanbulda keçirilən görüşlər, həmçinin FİFA baş katibi ilə videokonfransdan sonra bu qərar təsdiqlənib.

Komanda qrupda hər üç oyunu isə ABŞ-da keçirəcək.

Hazırda İran millisi mundial hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirir. Komanda iyunun 5-dək burada məşq edəcək, mayın 29-da Qambiya, iyunun 4-də isə Mali ilə yoxlama oyunu keçirəcək. Dünya çempionatı üçün yekun 26 nəfərlik heyət isə iyunun 1-də açıqlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026