Futbol üzrə dünya çempionatında Əlcəzair İordaniyaya qalib gəlib.
Bakıvaxtı.az xəbər verir ki, I qrupunun II turunun matçı 2:1 hesabı ilə yekunlaşıb.
Matçda hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb.
Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiqi 82-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı iki cavabsız qolla üstələyib.
1. Argentina 2 2 0 0 5:0 6
2. Avstriya 2 1 0 1 3:3 3
3. Əlcəzair 2 1 0 1 2:4 3
4. İordaniya 2 0 0 2 2:5 0
Bakı 



