• Bakı 23° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Taekvondoçularımız Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazandılar

İDMAN

22 Iyun 2026 | 23:23

Taekvondoçularımız Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazandılar

Azərbaycan taekvondoçuları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatında 3 medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatında (22-23 iyun) iştirak edirlər, həmçinin "Kazakhstan Open" (25-27 iyun) beynəlxalq turnirinə də qatılacaqlar.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanlb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026