• Bakı 23° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü

İDMAN

22 Iyun 2026 | 19:50

Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda keçirilən Uruqvay - Kabo-Verde görüşü tarixi hadisə ilə yadda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, dünya çempionatları tarixində ilk dəfə hər iki komandanın start heyətində eyni vaxtda 40 yaşını tamamlamış qapıçılar meydana çıxıb.

Uruqvay millisinin qapısını Fernando Muslera qoruyub. Kabo-Verde yığmasında isə təcrübəli Vozinya forma geyinib.

Maraqlıdır ki, hər iki qolkiper bu ilin iyun ayında 40 yaşını qeyd edib. Vozinyanın iyunun 3-də, Musleranın isə iyunun 16-da 40 yaşı tamamlanıb

Beləliklə, DÇ-2026-nın qrup mərhələsində keçirilən bu qarşılaşma yaş statistikası baxımından mundiallar tarixində yeni rekordla əlamətdar olub. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR