• Bakı 26° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Dörd saatlıq oyun: Fransa İraqa qalib gəldi

İDMAN

23 Iyun 2026 | 08:58

Dörd saatlıq oyun: Fransa İraqa qalib gəldi

Futbol üzrə dünya çempionatında Fransa İraq millisini məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:0 hesabı ilə qələbə qazanıblar.

Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026