q
  • Bakı C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum oldu

İDMAN

24 Aprel 2026 | 00:11

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum oldu

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları məlum olub.

Son olaraq, "Trabzonspor" və "Beşiktaş" komandaları mərhələ adlayıblar. Qaradəniz təmsilçisi əsas və əlavə vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında "Samsunspor"u üstələyib. İstanbul klubu isə "Alanyaspor"a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl "Konyaspor" və "Gənclərbirliyi" yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda "Trabzonspor" "Gənclərbirliyi" ilə, "Beşiktaş" isə "Konyaspor"la qarşılaşacaq.


SON XƏBƏRLƏR

23 Aprel 2026