Ermənistanın paytaxtı İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüşdə Türkiyə bayrağı yandırılıb.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, sözügedən hadisədən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bu hərəkəti qınayıb.
Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan da məsələ ilə bağlı media nümayəndələrinə açıqlama verib.
Onun sözlərinə görə, Paşinyan bu cür davranışı məsuliyyətsiz və yolverilməz hesab edib:
“Beynəlxalq səviyyədə tanınmış, həmçinin qonşu dövlətin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aşkar təxribat və gərginliyi artıran davranışdır”, - deyə Bağdasaryan bildirib.
Qeyd edək ki, aksiya “Daşnaksütyun” tərəfindən təşkil olunub.
Bakı 




