• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

20-ci sanksiya paketini qəbul etdilər

DÜNYA

23 Aprel 2026 | 20:05 | Müəllif: Subhan Mahmudov

20-ci sanksiya paketini qəbul etdilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti – 20-ci sanksiyalar paketini təsdiqləyib.

Bakıvaxtı.az  Aİ Şurasının rəsmi saytına istinadən xəbər verir ki, paket çərçivəsində Rusiyanın 20 bankı ilə hər hansı əməliyyat aparılması qadağan edilib.

Bundan əlavə, kriptovalyuta bazarına da ciddi zərbə vurulub. Qeyd olunur ki, Aİ “RUBx” adlı kriptovalyuta ilə əməliyyatları və rəqəmsal rublun inkişafına hər hansı texniki və ya maliyyə dəstəyini tamamilə dayandırır. Sanksiyalar həmçinin Rusiyanın ixrac-idxal imkanlarını daraltmaq üçün strateji əhəmiyyətli iki limanı – Murmansk və Tuapse limanlarını əhatə edir. Bu limanlarla bütün növ əməliyyatlara qadağa qoyulub.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da bu gün verdiyi bəyanatda həm yeni sanksiya paketini, həm də Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq nəhəng kreditin təsdiqlənməsini Kiyev üçün “əhəmiyyətli təkan” adlandırıb:

“Bu qərarlarla bağlı yaranmış çıxılmaz vəziyyət artıq “qırılıb” və Aİ bu təşəbbüslərin həyata keçirilməsi üçün geniş yol açıb”.

Xatırladaq ki, sanksiya paketi hələ fevralın 23-də qəbul edilməli idi. Lakin Macarıstan “Drujba” neft kəmərinin fəaliyyəti bərpa olunana qədər bu qərarı bloklamışdı. Yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin boru kəmərində təmir işlərinin başa çatdığını elan etməsindən sonra Budapeşt öz vetosunu geri götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026