• Bakı 21° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

“Xalq “get” desə, mən kiməm ki, getməyim?” - Paşinyan

DÜNYA

23 May 2026 | 16:25

“Xalq “get” desə, mən kiməm ki, getməyim?” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində İrəvanın Avan rayonuna səfər edib.

Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyanın rəhbərliyi ilə Avan rayonunda yürüş edən hakim “Vətəndaş Müqaviləsi” nümayəndələri sakinlərlə görüşüb, seçki bukletləri paylayıb və xalqı seçkilərdə fəal iştirak etməyə çağırıblar.

Baş nazir öz çıxışında ölkədə yeganə qərarverici qüvvənin xalq olduğunu iddia edib:

“Bu, mənim və komandamın siyasi fəaliyyətinin əsas prinsipidir. Xalq mənim getməli olduğumu qərara aldığı an heç bir müzakirə aparmadan postumu tərk edəcəyəm. Əgər seçicilərin yarısından çoxu (50+1%) “Nikol, qal” desə, qalacağam. Yox, əgər “get” desələr, Nikol kimdir ki, getməsin? Nikol sadəcə bir xidmətçidir. Görmüsünüzmü, xidmətçi “yox, getmirəm” deyə bilərmi?”.

Xatırladaq ki, Ermənistanda mayın 8-də start götürən seçkiqabağı təşviqat kampaniyası iyunun 5-nə qədər davam edəcək. Parlament seçkilərində iştirak etmək üçün 19 siyasi qüvvə (2 ittifaq və 17 partiya) qeydiyyatdan keçib.


SON XƏBƏRLƏR

22 May 2026