• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Pakistan Hindistanı müharibə ilə hədələdi

DÜNYA

22 Iyun 2026 | 13:53 | Müəllif: Əli Hüseynov

Pakistan Hindistanı müharibə ilə hədələdi

Pakistan Hind çayının sularının birgə istifadəsi haqqında müqaviləni yerinə yetirməkdən imtina etməsi səbəbindən milli su təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə Hindistana müharibə elan edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ARY News" Pakistan İslam Respublikasının müdafiə naziri Xavaca Məhəmməd Asifin açıqlamasına istinadən məlumat yayıb.

"Milli təhlükəsizliyimizə təhlükə yaranan kimi biz Hindistanla müharibəyə başlayacağıq", - deyə nazir bildirib.

Müdafiə naziri əlavə edib ki, Hindistanın suyu silah kimi istifadə edərək Pakistanın su təchizatını pozmaq üçün həyəcanverici sürətlə hərəkət etdiyinə dair konkret dəlillər olarsa, İslamabad hərbi əməliyyatları nəzərdən keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026