• Bakı 23° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Çin ABŞ-nin 10 şirkətinə sanksiya tətbiq etdi

DÜNYA

22 Iyun 2026 | 13:49

Çin ABŞ-nin 10 şirkətinə sanksiya tətbiq etdi

Sanksiyalar ABŞ prezidenti Donald Trampın Çin prezidenti Si Cinpinlə münasibətləri sabitləşdirmək məqsədilə danışıqlar aparmaq üçün Pekinə səfər etməsindən bir ay sonra tətbiq olunub.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, sanksiya qərarı Çinin Ticarət Nazirliyi tərəfindən elan edilib.

Nazirlikdən bildirilib ki, sanksiya tətbiq olunan şirkətlərə ikili təyinatlı məhsullar tədarük etmək qadağan olunacaq. İkili təyinatlı mallar həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilə bilən məhsullardır.

Qeyd olunub ki, bu addım ABŞ hökumətinin Çin hərbi müəssisə siyahısına əlavələr etmək kimi kobud hərəkətinə cavab olaraq atılıb və milli təhlükəsizliyi qorumaq məqsədi daşıyır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026