• Bakı 20° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

İsrail nazirinin Fransaya girişi qadağan edildi

DÜNYA

23 May 2026 | 19:25

İsrail nazirinin Fransaya girişi qadağan edildi

Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiya tətbiq edib.

Bakıvaxtı.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro X sosial şəbəkəsində paylaşım edib.

“Bu gündən etibarən İtamar Ben-Qvirin Fransa ərazisinə girişi qadağan olunur. Qərar onun Smud donanmasında olan Fransa və Avropa vətəndaşlarına qarşı yolverilməz hərəkətləri ilə əlaqədardır. Fransa vətəndaşlarının hədələnməsi, təzyiq və zorakılığa məruz qalması ilə barışa bilməz”, - Barro bildirib.

Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.


SON XƏBƏRLƏR

22 May 2026