q
  • Bakı C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Azərbaycanda dəm qazı faciəsi: bir gündə üç nəfər... - YENİLƏNİB

HADİSƏ

24 Aprel 2026 | 00:22

Azərbaycanda dəm qazı faciəsi: bir gündə üç nəfər... - YENİLƏNİB

Gəncə şəhərində baş verən dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 1958-ci il təvəllüdlü A.İsmayılov həyatını itirib. Zəhərlənənlərdən birinin isə 1985-ci il təvəllüdlü S.Əliyev olduğu bildirilir.

Qeyd edək ki, hadisə zamanı bir neçə nəfər dəm qazından zəhərlənib və onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

***23:51

Gəncədə üç nəfər dəm qazından boğulub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, həmin şəxslərdən biri 1958-ci il təvəllüdlü İsmayılıov Alik ölüb.

Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onların da vəziyyəti ağırdır.

Hadisənin səbəbləri dəqiqləşdirilir./“Qafqazinfo”


SON XƏBƏRLƏR

23 Aprel 2026