• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

HADİSƏ

23 May 2026 | 16:18 | Müəllif: Subhan Mahmudov

Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib. 

Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Şükürovu vurub. Bundan sonra maşın yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb, "VAZ" yoldan çıxaraq dirəyə dəyib.

Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Xəsarət alan piyadanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026