• Bakı 23° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Bu ilin beş ayında 3766 cinayət faktı aşkarlanıb

HADİSƏ

22 Iyun 2026 | 16:01

Bu ilin beş ayında 3766 cinayət faktı aşkarlanıb

Bu ilin yanvar-may aylarında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, olardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını heroin, 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 4486 ədəd həbmetadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qramnarkotik vasitələrin və psixotrop maddələrinümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilmiş, onlardan 2057-si kişi, 53-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 25 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 25 xarici ölkə vətəndaşından ümumilikdə 156 kq 822,062 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 73 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 072 kq 342,425 qr və 950 ədəd həb metadon narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 88-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 978 kq 133,4 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,2 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

1132 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 887kq 290,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-may ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 249 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 28 fakt, qrup halında olan cinayətlərin sayı 22 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarınınsayı isə 19 nəfər azalmış, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 225 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 949 kq 673,4 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 68 nəfər artmışdır.

2025-ci ilin yanvar-may ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 501,187 qr (63%), psixotrop maddələrin çəkisi 13 kq 370,085 qr (15%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 664 kq 289,599 qr-nı (85,9%) marixuana təşkil etmişdir. Onun da2 ton 988 kq 320,239 qr qramı (82,0%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 675 kq 969,36 qramı (20,4%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 26 rayon və şəhərdə 583 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 27 kq 814,826 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 113 ədəd çətənə bitkisi və 19 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 39002 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2740 nəfərdən 1301 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 279, QİÇS-lə Mübarizə Mərkəzində 293, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 694 xəstə müalicə alır.

2026-cı ilin yanvar-may ayları ərzində "802" qaynar xətt telefon zəng xidmətinə 302 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 25-i narkotik asılılıqdan müalicə, 239-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 63 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

2026-cı ilin yanvar-may ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 110 tədbir (70 maarifləndirici və təşkilati tədbir, 40 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR