Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı beşə çatıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (3 qadın, 2 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər (2 kişi, 1 qadın) ambulator müalicə üçün evə buraxılıb.
Bir qadının vəziyyəti orta ağır qiymətləndirilib və daha ixtisaslı xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda bir qadının isə tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
***
13:04
Cəlilabad rayonunda yol qəzası baş verib.
Bakıvaxtı.az-ın xəbərə görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Həkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar.
Bakı 



