• Bakı 30° C

    4.72 m/s

Zərdabda faciə: 3 yaşlı uşaq traktorun altında qaldı

HADİSƏ

20 Iyul 2026 | 23:14

Zərdabda faciə: 3 yaşlı uşaq traktorun altında qaldı

Zərdab rayonunda azyaşlı bədbəxt hadisə zamanı həyatını itirib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakini 2023-cü il təvəllüdlü Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqub Bəsər oğlunun idarə etdiyi otbağlayan aqreqatın təkəri altında qalıb.

Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026