• Bakı 22° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Mingəçevirdə Vətən müharibəsinin iştirakçısı döyülərək öldürüldü - YENİLƏNİB

HADİSƏ

22 Iyun 2026 | 09:31 | Müəllif: Qalib İbrahimoğlu

Mingəçevirdə Vətən müharibəsinin iştirakçısı döyülərək öldürüldü - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 35 yaşlı Tural Bəhrəmli tanışı tərəfindən döyülərək öldürülüb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Tural Bəhrəmli 20 saylı məktəbdə gözətçi işləyirmiş.

Tural Bəhmənli həm də Vətən müharibəsinin iştirakçısı olub.

Murad İsmayıl

***

09:16

Mingəçevirdə mübahisə ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevir şəhərindəki kafelərdən birinin qarşısında baş verib.

Belə ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

R.Məmmədov polis əməkdaşkarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026