q
  • Bakı 11° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Azərbaycana xaricdən ət gətirilməsi artıb

CƏMİYYƏT

23 Aprel 2026 | 16:45

Azərbaycana xaricdən ət gətirilməsi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib.

3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.


SON XƏBƏRLƏR