• Bakı 22° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb

SİYASƏT

26 Mart 2026 | 14:16 | Müəllif: Əli Hüseynov

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb

Həcc ziyarətinə sənəd qəbulu aprelin 10-a qədər uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    “Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər”, - Vüsal Cahangiri bildirib.

    Qeyd edək ki, həcc ziyarətinə son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

    Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

    Tələb olunan sənədlər:

    1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

    2) Şəxsiyyət vəsiqəsinin surəti;

    3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

    4) Sağlamlıq haqqında arayış.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Sentyabr 2026