• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Hizbullah" İsrail Müdafiə Nazirliyinin binasını VURDU

DÜNYA

26 Mart 2026 | 10:56 | Müəllif: Əli Hüseynov

"Hizbullah" İsrail Müdafiə Nazirliyinin binasını VURDU

Livanın "Hizbullah" hərəkatının hərbi qanadı Təl-Əviv şəhərində yerləşən İsrail Müdafiə Nazirliyinin Kiriya bazasına raket zərbələri endirdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat qruplaşmanın rəsmi "Telegram" səhifəsində dərc olunub.

"Martın 26-da, cümə axşamı saat 01:10-da (Bakı vaxtı ilə saat 03:10) İslam müqaviməti qüvvələri Təl-Əvivin mərkəzindəki İsrail Müdafiə Nazirliyinə məxsus Kiriya qərargahını hədəfə alıb", - deyə bəyanatda qeyd olunub.

"Hizbullah"ın yaydığı məlumata əsasən, şəhərin yaxınlığında qərarlaşan hərbi kəşfiyyat kazarmalarına qarşı da müxtəlif növ raketlər tətbiq olunmaqla hücum təşkil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026