Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, XIX turun ilk qarşılaşmasında "Murov AZ Terminal" "Gənclər"i sınağa çəkəcək.
Abşeron Olimpiya İdman Kompleksindəki görüş saat 15:00-da start götürəcək.
Saat 16:00-da "Azərreyl" "Ordu", "Xilasedici" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
Qeyd edək ki, müntəzəm mövsümün sonuncu - XX turu martın 30-da keçiriləcək.
Bakı 




