• Bakı 13° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Zaxarovanın hədyanı: Rusiya mövqe ortaya qoymalıdır

SİYASƏT

26 Mart 2026 | 15:00

Zaxarovanın hədyanı: Rusiya mövqe ortaya qoymalıdır

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən mövzu ilə heç bir əlaqəsi olmadan Ümummilli lider Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi növbəti hədyandır". 

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu cür yanaşma qəti şəkildə qəbuledilməzdir: 

"Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinə, eləcə də Azərbaycan xalqına qarşı açıq hörmətsizlik kimi qiymətləndirilməlidir. Mövzu ilə əlaqəsi olmayan formada belə bir adın çəkilməsi nə diplomatik etikaya, nə də beynəlxalq münasibətlərdə qəbul olunmuş davranış normalarına uyğun gəlir".

 Ceyhun Məmmədov: Bu kimi qeyri-məqbul ifadələr etimadı zədələyir və gərginlik yaradır 

Deputat vurğulayıb ki, diplomatik münasibətlər qarşılıqlı hörmət, məsuliyyət və peşəkarlıq prinsipləri əsasında qurulmalıdır. Rəsmi şəxslərin açıqlamaları dövlətlərarası münasibətlərin inkişafına xidmət etməli olduğu halda, bu kimi qeyri-məqbul ifadələr əksinə, etimadı zədələyir və gərginlik yaradır. Müsahibimiz hesab edir ki, bu addım doğru deyil və qətiliklə qəbul edilə bilməz.

C.Məmmədov qeyd edib ki, Rusiya tərəfi səsləndirilən fikirlərlə bağlı aydın və əsaslandırılmış izahat verməli, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün məsuliyyətli mövqe ortaya qoymalıdır: 

"Bir daha qeyd edirəm ki, Azərbaycan öz milli dəyərlərinə, tarixi şəxsiyyətlərinə və dövlətçilik irsinə yönəlmiş istənilən hörmətsiz yanaşmaya qarşı hər zaman prinsipial və qəti mövqe nümayiş etdirəcək".

Qeyd edək ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd edib. Ümummilli Lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Azərbaycan XİN də vurğulayıb ki, diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 Mart 2026