İsrailin müdafiə naziri İsrael Katz SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyünü bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Katz Əlirza Təngsirinin öldürüldüyünü təsdiqləyib.
***
12:31
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri İsrailin hücumu nəticəsində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İran rəsmiləri hələ ki onun ölümü ilə bağlı açıqlama yaymayıb.
















