• Bakı 11° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İrandan İDDİA: ABŞ-nin 17 bazası məhv edilib

DÜNYA

26 Mart 2026 | 19:13

İrandan İDDİA: ABŞ-nin 17 bazası məhv edilib

"ABŞ-nin Yaxın Şərqdə 17 hərbi bazası məhv edilib".

Bakıvaxtı.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü bildirib.

“Amerikalılar ilk dəfə öz bazalarından qaçdılar və hotellərə sığındılar. Regiondakı ölkələr amerikan əsgərlərinə hotellərdə sığınacaq verirsə təbii ki, həmin otel hədəfimiz olacaq. Onları hotellərə buraxmayın ki, bazalarında zərər vura bilək”, - bildirilib.

Əlavə edilib ki, müharibə dayansa belə, Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq.

Bundan başqa, İsrail Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzi, kabinet iclaslarının keçirildiyi yer, nüvə alimlərinin toplandığı mərkəz, hərbi sənaye tədqiqat mərkəzi vurulub və bunların hamısında ağır itkilərin qeydə alındığı vurğulanıb.

İndiyə qədər İsraildə müharibə nəticəsisndə ölənlərin sayının 1320-dən çox olduğu iddia edilib.


SON XƏBƏRLƏR