• Bakı 12° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Sadiq 4" əməliyyatı davam edir

CƏMİYYƏT

26 Mart 2026 | 12:22

Sadiq 4 əməliyyatı davam edir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Sadiq 4" əməliyyatının 82-ci dalğası çərçivəsində ABŞ-nin regiondakı bazalarına hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən "Tasnim" məlumat yayıb.

Məlumata görə, zərbələr ABŞ-nin Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.

Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.

SEPAH-dan bildirilib ki, hücumun təfərrüatlarını sonra açıqlanacaq.


SON XƏBƏRLƏR

25 Mart 2026