• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vuçiç: Serbiyada növbədənkənar seçkilər oktyabrın 25-də keçiriləcək

DÜNYA

09 Sentyabr 2026 | 00:13 | Müəllif: Subhan Mahmudov

Vuçiç: Serbiyada növbədənkənar seçkilər oktyabrın 25-də keçiriləcək

Serbiya Parlamentinin cari çağırışı sentyabrın 9-da buraxılacaq, növbədənkənar seçkilər isə oktyabrın 25-də keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.

"Mən iki qərarı təsdiq etməliyəm - parlamentin buraxılması və seçkilərin keçirilməsi haqqında fərmanları. Hər iki qərarı sabah günorta açıqlayacağam. Seçkilər oktyabrın 25-də keçiriləcək", - Serbiya lideri deyib.

Daha əvvəl Serbiyanın Baş naziri Curo Matsut seçkilərdən əvvəlki standart prosedur çərçivəsində prezidentə parlamentin buraxılması barədə təklif göndərib.

Vuçiç özü Serbiya Tərəqqi Partiyasından ölkənin baş naziri postuna namizədliyini irəli sürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR