Tokioda Yaponiyanın “SkyDrive” şirkəti tərəfindən hazırlanan “SkyDrive SD-05” uçan avtomobilinin ilk sınaq uçuşu baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Məlumata görə, uçuş şəhər mühitində məhdud məkanlardan qalxıb-enmə qabiliyyətini nümayiş etdirib:
“Gələcəkdə bu cür cihazların damlarda, böyük ticarət mərkəzlərinin dayanacaqlarında və qatar stansiyalarının qarşısındakı meydanlarda yerləşdirilməsi planlaşdırılır. Bu da hava səyahətini daha əlçatan edəcək”.
Bakı 




