• Bakı C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

AFFA rəsmiləri Albaniyada UEFA-nın lisenziyalaşdırma seminarına qatılıblar

İDMAN

25 Fevral 2026 | 14:04

AFFA rəsmiləri Albaniyada UEFA-nın lisenziyalaşdırma seminarına qatılıblar

AFFA rəsmiləri Albaniyanın paytaxtı Tiranada "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı" mövzusunda regional seminara qatılıblar.

Bakıvaxtı.az milli assosiasiyaya istinadən xəbər verir ki, tədbirdə qurumun Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.

Seminar zamanı UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması müzakirə olunub.


SON XƏBƏRLƏR