• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Havanın temperaturu 8 dərəcə enəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

CƏMİYYƏT

25 Fevral 2026 | 16:48

Havanın temperaturu 8 dərəcə enəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Azərbaycanın bəzi bölgələrində fevralın 26-da külək güclənəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Daşkəsən, Goranboy, Mingəçevirdə isə şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.

***

10:30

Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib.

Dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qar yağıb.

Qarın hündürlüyü Daşkəsəndə 5, Gədəbəydə 4, Kəlbəcərdə 3, Göygöldə 2, Şahbuzda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 29, Lənkəranda 5, Qəbələ, Qax (Sarıbaş), eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Tərtər, Oğuz, Qobustan, İmişli və Lerikdə 3, Balakən, Zaqatala, Şamaxı, Mingəçevir, Yevlax və Neftçalada 2, Şərur, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Quba, Qusar, Cəlilabad, Bərdə, Göyçay, Sabirabad, Biləsuvar, Yardımlı, Ağdam, Goranboy, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.

Daşkəsən, Göygöl, Füzuli, Xankəndi, Xocalı, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR