Pakistanın Pəncab əyalətində təhlükəsizlik qüvvələrinə məxsus nəzarət-buraxılış məntəqəsinə (NBM) terror hücumu olub.
Bakıvaxtı.az xəbər verir ki, Bakkar rayonunun ərazisində yerləşən NBM terrorçu-kamikadzenin hücumuna məruz qalıb. Terrorçunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində baş verən partlayışda 4 polis əməkdaşı həlak olub, 3 nəfər yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılaraq müalicəyə alınıb. Hücumdan sonra güc strukturlarının ərazini mühasirəyə aldığı və genişmiqyaslı təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd olunur.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bakı 




