• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Kristal” HARO ilə memorandum imzaladı - FOTOLAR

CƏMİYYƏT

25 Fevral 2026 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

“Kristal” HARO ilə memorandum imzaladı - FOTOLAR

“Kristal” və "HARO" şirkəti arasında memorandum imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, yikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “Kristal” ilə Almaniyanın premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan "HARO" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Görüş çərçivəsində tərəflər arasında “Kristal”ın şəhər layihələrinin laminat və parket alışlarını əhatə edən razılaşma əldə olunub. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "HARO" şirkətinin İcraçı direktoru Gerold Schmidt tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, əməkdaşlıq hazırda “təmiri davam edən” mərhələdə olan layihələri əhatə edir. Çərçivə sazişi üzrə alınacaq premium laminat və parket məhsulları “Kristal”ın “City Garden Narimanov”, “Park Yasamal” və “Highland Residence” layihələrində tətbiq olunacaq. "HARO"dan alınacaq premium laminat və parket məhsulları mənzillərin döşəmə örtüklərində tətbiq olunacaq və layihələrdə keyfiyyət standartlarının daha da yüksəldilməsinə xidmət edəcək.

Bu əməkdaşlıq tikinti materiallarının təchizatında davamlı və sistemli yanaşmanın formalaşdırılmasına, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların yerli layihələrdə istifadəsinə şərait yaradacaq.

Şirkət haqqında

"HARO" Almaniyada fəaliyyət göstərən və uzunillik təcrübəyə malik döşəmə örtükləri istehsalçısıdır. Şirkət premium laminat və parket məhsullarının istehsalı üzrə ixtisaslaşmaqla yanaşı, Almaniyanın TOP parket və laminat  istehsalçılardan biri olaraq, məhsulları bir sıra ölkələrdə geniş tətbiq olunur. Keyfiyyət, davamlılıq və müasir dizayn həlləri şirkətin əsas prioritetləri sırasında yer alır.

İmzalanmış memorandum tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur və “Kristal”ın həyata keçirdiyi layihələrdə beynəlxalq istehsalçı məhsullarının istifadəsini nəzərdə tutur.

https://www.youtube.com/watch?v=BZ8ph8EE7aY


“Kristal” HARO ilə memorandum imzaladı - FOTOLAR“Kristal” HARO ilə memorandum imzaladı - FOTOLAR“Kristal” HARO ilə memorandum imzaladı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026