Mayamidən Medelin şəhərinə (Kolumbiya) uçan ABŞ-nin “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kolumbiyada atəşə tutulub.
Bakıvaxtı.az xəbər verir ki, təyyarənin gövdəsində güllə deşikləri aşkarlanıb.
Zərərçəkənlərin olmadığı bildirilir. İlkin versiyaya görə, “Boeing 737 MAX 8” təyyarəsi Kolumbiya aeroportuna eniş edən zaman atəşə məruz qalıb. Güllələr sağ qanada tuş gəlib. Güllə deşiklərinin təyyarənin ABŞ-yə qayıtmasından sonra aşkarlandığı qeyd olunur.
Faktla bağlı istintaqa başlanılıb. Təyyarə uçuşlardan çıxarılıb və təmirə yönləndirilib.
Bakı 




