Yekaterinburqdan İstanbula uçuş zamanı "Ural Airlines" şirkətinə məxsus Airbus A320 təyyarəsində enerji bankı alovlanıb.
Bakıvaxtı.az xəbər verir ki, portativ cihaz sahibinin yanındakı boş oturacaqda olub və uçuşdan 20 dəqiqə sonra alovlanıb. Sərnişin enerji bankını çıxarmağa çalışıb və barmağını yandırıb.
Enerji bankı oturacaq örtüyünü və təhlükəsizlik kəmərini deşərək yanıb. Stüardessalar tez bir zamanda hadisə yerinə gəlib və alovu yanğınsöndürənlə söndürüblər. Daha sonra nasaz cihaz su ilə doldurulmuş metal qaba qoyulub və təhlükəsiz yerə aparılıb.
Xəsarət alan şəxsə tibbi yardım təklif edilib, lakin o imtina edib.
Aviaşirkətin məlumatına görə, təyyarə normal uçuşunu davam etdirib və Türkiyəyə təhlükəsiz şəkildə eniş edib.
Bakı 




