• Bakı C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Yalnız su və xurma ilə imsak açmaq doğru deyil - Həkim

CƏMİYYƏT

25 Fevral 2026 | 15:11

Yalnız su və xurma ilə imsak açmaq doğru deyil - Həkim

"Ramazanda əsas məsələlərdən biri gün boyu orqanizmi enerji ilə təmin edəcək qidaların düzgün seçilməsidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Həkimin sözlərinə görə, imsak zamanı üstünlük zülal tərkibli qidalara verilməlidir.

Emin Məmmədov qeyd edib ki, səhər qəbul edilə biləcək ən yaxşı zülal mənbələri yumurta, süd və süd məhsulları, kəsmik, eləcə də tam buğdadan hazırlanmış qidalar, məsələn, yulafdır. O vurğulayıb ki, zülalların həzmi daha uzun müddət tələb etdiyi üçün bu qidalar insanı 4-6 saat tox saxlayır və sabit enerji mənbəyi rolunu oynayır.

Mütəxəssisin sözlərinə görə, zülal tərkibli qidalar şəkərli məhsullar kimi qanda ani yüksəliş və kəskin eniş yaratmır, enerji səviyyəsini daha stabil saxlayır.

Emin Məmmədov xəbərdarlıq edib ki, imsakın yalnız xurma, şirniyyat və ya şirin çayla yola verilməsi düzgün yanaşma deyil. Onun sözlərinə görə, bu cür qidalar qanda şəkərin sürətlə yüksəlməsinə, daha sonra isə kəskin düşməsinə səbəb olur. Bu isə gün ərzində halsızlıq, diqqət pozuntusu, baş ağrısı, əsəbilik və enerjisizlik kimi hallara gətirib çıxara bilər.

Mütəxəssis əlavə edib ki, belə vəziyyətlər hətta orucun yarımçıq saxlanmasına səbəb ola bilər. Buna görə də imsak zamanı qida seçiminə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR